Türkiyə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Bayram gün boyu paytaxt Ankarada müxtəlif tədbirlərlə qeyd olunacaq.

476608
Türkiyə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını qeyd edir



Paytaxtdakı ilk rəsmi tədbir Anıtqəbirdə keçirildi.

23 aprel mərasiminə qatılan uşaqlar milli təhsil naziri Nabi Avcı ilə birlikdə Atatürkün qəbri önünə çələng qoydular.

Anıtqəbirdə xatirə dəftərinə ürək söslərini yazan Nabi Avcı yazdıqlarını yanındakı uşaqlardan birinə oxutdu.

Avcının yazısında: "96 il əvvəl əsasını qoyduğunuz Türkiyə Cümhuriyyəti güclənərək yoluna davam edir. Bütün sahələrdə müasir mədəniyyətlər səviyyəsinə çıxmaq üçün var gücümüzlə işləyəcəyimizə söz veririk. Əmanətin əmin əllərdədir. Ruhun şad olsun" cümlələri vardı.

Mavzoleyin ikinci ziyarətçisi isə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və heyəti oldu.

Mərasimdə Baş Nazir Əhməd Davudoğlu, Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçeli, Nazirlər Kabinetinin üzvləri iştirak etdilər.

Məclis sədri İsmayıl Kahraman Atatürkün abidəsinə və mavzoleyə əklil qoydu, Atatürkü bir dəqiqəlik sükutla yad etdi.

İsmayıl Kahraman​ mavzoleyin Xatirə Dəftərinə: "Müstəqil dövlətə sahib olmağımızda əməyi keçənlər unudulmayacaqdır, bizə qalan irsi gücləndirərək yaşatmağa davam edəcəyik" yazdı.

Digər mərasim isə Birinci Məclisdə təşkil ediləcək.

Bu arada, uşaqlar bu bayramın ənənəsinə uyğun olaraq böyüklərin kreslosuna əyləşərək vəzifələrini təslim aldılar.

Vəzifə təslimatı ilk olaraq Milli Təhsil Nazirliyində oldu.

Sonra uşaqlar Çankaya Köşkünə getdi və onlardan biri Baş nazir oldu.

Baş nazir Əhməd Davudoğlu uşaqlardan ibarət Nazirlər Kabinetinin iclasına qatıldı.

Daha sonra uşaqları prezident Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində qəbul etdi. Uşaqlardan biri prezidentlik vəzifəsini bir müddətlik təhvil aldı.

Uşaqlar Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanı da ziyarət edəcəklər.

TBMM 23 Aprellə bağlı saat 14-də toplanacaq.



Әlaqәli Xәbәrlәr