Bu gün 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramıdır

Milli Suverenlik və Uşaq Bayramı ilə əlaqədar ilk mərasim Atatürkün movzeleyində- Anıtqəbirdə keçiriləcək.

476465
Bu gün 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramıdır

23 aprel mərasiminə qatılan uşaqlar milli təhsil naziri Nabi Avcı ilə birlikdə Atatürkün qəbri önünə çələng qoyacaqlar.

Digər mərasim isə Birinci Məclisdə təşkil ediləcək. Daha sonra uşaqlar bu bayramın ənənəsinə uyğun olaraq böyüklərin kreslosuna əyləşərək vəzifələrini təslim alacaqlar.

Vəzifə təslimatı ilk olaraq Milli Təhsil Nazirliyində olacaq. Sonra uşaqlar Çankaya Köşkünə gedəcəklər və onlardan biri Baş nazir olacaq ...

Daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın qəbul edəcəyi uşaqlar Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı da ziyarət edəcəklər.

TBMM 23 aprellə bağlı saat 14-də toplanacaq.



Әlaqәli Xәbәrlәr