"Türkiyəlilər özlərini xoşbəxt hiss edirlərmi?" Sosioloji sorğunun nəticələri

Türkiyədə öxünü xoşbəxt hiss etdiyini bildirən insanların nisbəti 2014-ci ildə 56,3 % olduğu halda, bu nisbət 2015-ci ildə 56,6%-ə yüksəldi.

475551
"Türkiyəlilər özlərini xoşbəxt hiss edirlərmi?" Sosioloji sorğunun nəticələri

Türkiyə Statistika Qurumu -TÜİK 2015-ci ilə aid "Həyat Məmnuniyyəti Araşdırması"nın nəticələri açıqladı.

Araşdırmanın nəticələrinə görə, qadınlarda xoşbəxtlik nisbəti 2014-ci ildə 60,4% idisə, bu göstərici 2015-ci ildə 60,2%-ə enib.

Kişilərdə isə bu nisbət 52%-dən 52,9%-ə çıxıb.

Yaş qruplarına görə isə ən yüksək xoşbəxtlik göstəricisi 63,8% ilə18-24 yaş qrupunda, ən aşağı xoşbəxtlik göstıricisi isə 51,7 % ilə 45-54 yaş qrupundadır.

Araşdırma evli insanların subaylara nisbətən daha xoşbəxt olduğunu da aşkar etdi.

Evlilərin 59,6%-i, evli olmayanların isə 49,5%-i xoşbəxt olduğunu ifadə edib.

"Xoşbəxtlik qaynağınız nədir?" sualına ən çox "ailə" cavabı verən qadın respondentlərin 19%-i, kişilərin də 8%-i xoşbəxtliyi evladlarında tapdıqlarını söyləyiblər.



Әlaqәli Xәbәrlәr