Türk Silahlı Qüvvə​lə​ri İraqın şimalındakı terrorçuların mövqeyini vurub

Qendil bölgə​sinə​ istiqamətli iki ə​də​d F-16 döyüş tə​yyarə​si ilə​ hə​yata keçirilə​n ə​mə​liyyatda hə​də​flə​rin də​qiq şə​kildə​ vurularaq mə​hv edildiyi bildirilib.

474267
Türk Silahlı Qüvvə​lə​ri İraqın şimalındakı terrorçuların mövqeyini vurub

Baş Qə​rargah Rə​isliyinin açıqlamasında Qendil bölgə​sinə​ istiqamə​tli iki ə​də​d F-16 döyüş tə​yyarə​si ilə​ hə​yata keçirilə​n ə​mə​liyyatda hə​də​flə​rin də​qiq şə​kildə​ vurularaq mə​hv edildiyi bildirilib.

Ölkə​ daxilində​ də​ terrorçuların mə​hv edilmə​si mə​qsə​di ilə​ ə​mə​liyyatlar davam edir.

Türkiyənin Şırnak bölgəsində terror təşkilatı PKK-ya qarşı əməliyyatlar əsnasında əl istehsalı partlayıcı tələsi partladılıb, 2 əsgər şəhid olub, 4 əsgər və 2 polis yaralanıb.

İnsansız hava vasitələrinin da istifadə edildiyi əməliyyatlarda 22 sığınacaq və silah anbarı məhv edilib, çox sayda silah, sursat, partlayıcı, əl istehsalı qurğular və hərbi vəsait ələ keçirilib.

Bu arada onu da qeyd edək ki, Bitlis-Muş bölgəsində də əməliyyatlar davam edir. Həyata keçirilən əməliyyatlarda aprelin ilk günündən bu yana 6-sı sağ olmaqla 16 terrorçu zərərsizləşdirilib. Əməliyyatlarda Bingöl, Muş və Bitlisdə çox sayda terror hərəkəti törədən və başına bir milyon lirə mükafat qoyulan, Ərzurum məsulu, “Sinan Devrim" kod adlı terrorçu Mehmet Hayme sağ olaraq ələ keçirilib. Yenə başına bir milyon lirə mükafat qoyulan, “Hemgin Koçer" kod adlı terrorçu Cəmil Atəş isə öldürülüb. Bununla da PKK-nın Bitlis bölgəsində fəaliyyət göstərən terror fəaliyyəti çökdürülüb.

Digə​r tə​rə​fdə​n Hakkari, Mardin, Şırnak və​ Bingöldə​ki ə​mə​liyyatlarda 12 terrorçu zə​rə​rsizlə​şdirilib.

Ə​mə​liyyatlar çə​rçivə​sində​ zə​rə​rsizlə​şdirilə​n cə​mi terrorçu sayı Nusaybində​ 275, Şırnakda 219, Yüksə​kovada 196 olub.



Әlaqәli Xәbәrlәr