Mənşəyi və dini dəyərlərinə görə məhkəmə işi açıldı

İsveçin Şəhərsalma və İnfrastruktur üzrə naziri Mehmet Kaplan vəzifəsindən istefa verib

474094
Mənşəyi və dini dəyərlərinə görə məhkəmə işi açıldı

İsveçin Şəhərsalma və İnfrastruktur üzrə naziri Mehmet Kaplan vəzifəsindən istefa verib və "Mənə mənşəyim və dini dəyərlərimizə görə məhkəmə işi açıldı" deyib.

İsveçin Baş naziri Stefan Löfven Sosial Demokrat Partiya və Yaşıllar Partiyası koalisiya hökumətində Şəhərsalma və İnfrastruktur üzrə nazir vəzifəsini icra edən Mehmet Kaplanın istefa ərizəsini son günlər haqqında çıxan xəbərlərə görə qəbul etdiyini bildirib.

Paytaxt Stockholmda mətbuat konfransında çıxışı zamanı Baş nazir Löfven deyib: "Kaplan İsveçin inkişafına mühüm töhfələr verib. Son günlər mediada haqqında çıxan xəbərlərə görə özü işinə davam edə bilməyəcəyini deyərək istefa ərizəsi təqdim etdi, mən də qəbul etməli oldum. Bura qədər göstərdiyi xidmətlərə görə ona təşəkkür edirəm.''

Baş nazir Löfven Kaplanın yerinə İstehlakçı naziri Per Bolundun təyin edildiyini söyləyib. Ondan sonra söz verilən Kaplan bu günə qədər etdiklərinin arxasında durduğunu və dəyərlərinə görə güzəştə getməyəcəyini bildirib: “Son günlər mənə qarşı yönəldilən əsassız ittiham və hücumlardan ötəri partiyam və hökumətin zərər görməsini istəmədiyim üçün istefa etməyə qərar verdim. Mənşəyim və dini dəyərlərimə görə mənimçün məhkəmə işi açılıb. Mən və partiyalar hər zaman irqçilik, İslamofobiya, antisemitizm və yersiz davranışların hər cürünə qarşı mübarizə apardığımız halda məni irqçi, radikal İslamçı və başqa formalarda göstərməyə çalışdılar. Həyatım boyu insan hüquqları üçün çalışdım, demokratiyaya inandım və dialoq tərəfdarı oldum."

Qeyd edək ki, İsveç mətbuatında son günlər türk mənşəli nazir Kaplanla yanaşı qeyri-hökumət türk təşkilatlarına da ağır ittihamlar edilir.



Әlaqәli Xәbәrlәr