İstanbul və Tbilisi qardaşlaşmış şəhərlər elan olunub

İstanbul Böyük Bələdiyyəsi Tbilisiyə 5 avtobus hədiyyə edib

474053
İstanbul və Tbilisi qardaşlaşmış şəhərlər elan olunub

Türkiyənin İstanbul şəhəri ilə Gürcüstanın paytaxtı Tbilisi qardaşlaşmış şəhərlər elan edilib.

Report.az xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, Tbilisi meri David Narimaniyanın İstanbula səfəri zamanı bu haqda uyğun memorandum hazırlanıb. Sənədi İstanbul Böyük Bələdiyyəsinin sədri Kadir Topbaşla David Narimaniya imzalayıb.

K.Topbaş İstanbul Böyük Bələdiyyəsi adından Tbilisiyə 5 avtobus hədiyyə edib.



Әlaqәli Xәbәrlәr