Baş nazirin səfəröncəsi mətbuat konfransı

Ə. Davudoğlu Fransanın Strasburq şəhərinə yola düşməzdən öncə Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

473449
Baş nazirin səfəröncəsi mətbuat konfransı

Baş nazir Əhməd Davudoğlu Avropa İttifaqının razılaşmaya uyğun olaraq iyun ayında viza rejiminin ləğvini tətbiq etməyəcəyi halda Türkiyənin də öhdəliklərə əməl etməyəcəyini söyləyib.

Ə. Davudoğlu Fransanın Strasburq şəhərinə yola düşməzdən öncə Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

Avropa Şurasının Türkiyənin də qurucu üzvləri arasında yer aldığı önəmli təşkilatlardan olduğunu dilə gətirən Ə. Davudoğlu ölkəsinin şurada siyasi çəkisinin artdığını və Avropada mövqeyinin getdikcə gücləndiyini vurğulayıb.

Avropa İttifaqının Türkiyənin viza sərbəstliyini əlavə edəcəyi bir maddə ilə məhdudlaşdırmaq istədiyi istiqamətində alman qəzetində yazılan yazıya dair jurnalistin sualını cavablandıran Baş nazir bildirib ki, "bu qarşılıqlı bir anlaşmadır. Əgər Aİ bu məsələdə lazımlı addımlar atmazsa Türkiyənin də atması lazım olan addımları atması gözlənilə bilməz. İyun ayında viza rejiminin ləğvinin tətbiqinin baş tutmasına inanıram" deyə Ə. Davudoğlu qeyd edib

Baş nazir Kremlin internet saytında yayılan Obama - Putin görüşündə Türkiyə - Suriya sərhədinin bağlanılması mövzusunun gündəmə gəldiyi iddiasını da cavablandırıb. Deyib ki, Türkiyə sərhədlərilə əlaqədar son qərarı yalnız özü verə bilər. Bu məsələdə heç bir ölkənin bağlı qapılar arxasında qərar verməsinin mənası yoxdur.

Ə. Davudoğlu Kilisə düşən raketlərlə əlaqədar sualı cavablandırarkən bildirib ki, Baş qərargah həmin an qarşılıq olaraq lazımlı tədbirləri alıb. Bundan sonra da bu tədbirlər sərhəd boyunca davam etdiriləcək.



Әlaqәli Xәbәrlәr