B. Bozdağ A. Merkelə təşəkkür edib

Ədliyyə naziri Bəkir Bozdağ Almaniya kansleri Angela Merkelə tǝşǝkkür edib.

473026
B. Bozdağ A. Merkelə təşəkkür edib

Ədliyyə naziri Bəkir Bozdağ oxuduğu şeirlə prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən alman komediya ifaçısı Jan Böhmermann haqqında məhkəmə prosesi başladılmasını təklif edən Almaniya kansleri Angela Merkelə hüquqa sahib çıxdığı üçün təşəkkür edib.

Bozdağ Twitter hesabında yazdığı şərhdə Türk Cinayət Məcəlləsinin 299-cu maddəsində təsbit edilən "Dövlət başçısına təhqir" cəzasının 90 ildən çoxdur hüquqda mövcud olduğunu və maddənin tətbiq olunduğunu xatırladıb.

Bu günə qədər hansısa bir siyasətçinin, hüquqşünasın, məhkəmənin, hakimin və ya prokurorun 299-cu maddənin Konstitusiyaya zidd olduğunu xatırlamadığını ifadə edən Bozdağ şərhində bunları yazıb: "Birdən birə iki ayrı hakim, bəzi siyasətçilər, hüquqşünaslar 90 ildir düşünülməyəni düşündülər və 299-cu maddənin Konstitusiyaya zidd olduğunu irəli sürdülər. Dövlət başçısına təhqir Avropa Şurası ölkələrinin əksəriyyətində xüsusi cinayət olaraq təyin olunub. Prezidentimizi təhqir edən almana cinayət işi açdıran Almaniya kansleri Merkeli hüquqa sahib çıxdığı üçün təbrik edirəm "...



Әlaqәli Xәbәrlәr