"Türkiyǝ hal-hazırda 3 milyona yaxın qaçqına ev sahibliyi edir", M.Şimşǝk

Baş nazirin müavini Mehmet Şimşǝk Türkiyǝnin dünyada ǝn çox miqrant qǝbul edǝn ölkǝ olduğunu, hal-hazırda 3 milyona yaxın qaçqına ev sahibliyi etdiyini bildirib.

471293
"Türkiyǝ  hal-hazırda 3 milyona yaxın qaçqına ev sahibliyi edir", M.Şimşǝk

Baş nazirin müavini Mehmet Şimşǝk Türkiyǝnin dünyada ǝn çox miqrant qǝbul edǝn ölkǝ olduğunu, hal-hazırda 3 milyona yaxın qaçqına ev sahibliyi etdiyini bildirib.

Beynǝlxalq Valyuta Fondu (BVF) vǝ Dünya Bankının növbǝti toplantılarına qatılmaq mǝqsǝdilǝ Vaşinqtonda sǝfǝrdǝ olan nazir Ticarǝt Palatasında miqrantlarla ǝlaqǝli keçirilǝn iclasda iştirak edib.

Çǝtin şǝrtlǝrdǝ yaşayan suriyalılara vǝ iraqlılara kömǝklik göstǝrmǝyin ǝxlaqi baxımdan vacib olduğunu qeyd edǝn Mehmet Şimşǝk bildirib ki, biz bu insanlara qapılarımızı açmışıq. Buna görǝ dǝ ölkǝmlǝ fǝxr edirǝm. Qaçqınların tǝbii ehtiyacları ilǝ yanaşı tǝhsil vǝ işsizlik kimi problemlǝri dǝ var. Türkiyǝdǝki miqrantlar arasında 900 minǝ yaxın uşaq tǝhsil almalıdır. Bu uşaqlara bu imkan yaradılmayacağı tǝqdirdǝ ciddi problemlǝr ortaya çıxa bilǝr. Türkiyǝdǝ yaxud da başqa yerlǝrdǝ tǝhsil imkanı tapa bilmǝyǝcǝqlǝri tǝqdirdǝ DEAŞ kimi radikal vǝ barbar terrorçu qruplarına üz tuta bilǝrlǝr.

Miqrant probleminin Türkiyǝni Avropa İttifaqına daha da yaxınlaşdırdığını ifadǝ edǝn nazir İttifaqın üzvlük vǝ islahatlar üçün dǝstǝk vermǝsinin Türkiyǝ ilǝ yanaşı uzun müddǝtdǝ Avropa İttifaqının da mǝnfǝǝtinǝ olacağını bildirib.

Baş nazirin müavini Mehmet Şimşǝk Türkiyǝnin başda Rusiya olmaqla qonşuları ilǝ son dövrdǝki ǝlaqǝlǝrilǝ bağlı suala cavabǝn deyib ki, Rusiya ilǝ yaşanan problemlǝr düşmǝncǝ bir mövqedǝn mǝnbǝlǝnmir. Biz Rusiyanı önǝmli bir ticarǝt tǝrǝfdaşı olaraq, çox önǝmli bir qonşu olaraq gördük vǝ görmǝyǝ davam edirik. Rusiya ilǝ müsbǝt çǝrçivǝdǝ ǝlaqǝlǝrimizi inkişaf etdirmǝk istǝyirik. Rusiyanın Türkiyǝyǝ, Türkiyǝnin dǝ Rusiyaya ehtiyacı var.

Nazir eyni şeyin Misir vǝ digǝr qonşular üçün dǝ qüvvǝdǝ olduğunu bildirǝrǝk Türkiyǝnin bölgǝnin hǝr tǝrǝfindǝ sabitliyin hökm sürmǝsini istǝdiyini vǝ heç bir ölkǝnin daxili işlǝrinǝ müdaxilǝ etmǝk niyyǝtinin olmadığını ifadǝ edib.



Әlaqәli Xәbәrlәr