İӘT-nın 13-cü sammiti liderlәrin görüşlәrinә ev sahibliyi edib

İstanbulda keçirilәn İӘT-nın 13-cü sammiti liderlәrin görüşlәrinә ev sahibliyi edib.

471385
İӘT-nın 13-cü  sammiti  liderlәrin görüşlәrinә ev sahibliyi edib

Türkiyәnin Baş naziri Әhmәd Davudoğlu sammitdә iştirak edәn liderlәrlә ikitәrәfli görüşlәr keçirib. Baş tutan görüşlәrdә Orta Şәrqdә baş verәnlәr ilә Suriyadakı son vәziyyәt müzakirә olunub.

Baş nazir Әhmәd Davudoğlu ilk olaraq Pakistan prezidenti Mәmnun Hüseyn ilә görüşüb. Görüş zamanı beynәlxalq terrorla mübarizә vә regional mәsәlәlәr müzakirә olunub.

Baş nazir daha sonra Livan Nazirlәr Kabinetinin sәdri Tammam Salam ilә görüşüb. Görüşdә Suriyadakı son vәziyyәt ilә bölgәdәki terrorçu qruplarla mübarizә vә qaçqın böhranı kimi mәsәlәlәr müzakirә olunub.

Әhmәd Davudoğlu Fәlәstin dövlәt başçısı Mahmud Abbas ilә dә bir araya gәlib. Görüşdә Fәlәstin-İsrail münasibәtlәri vә Türkiyә ilә İsrail arasında davam edәn danışıqlar müzakirә olunub. Davudoğlu Abbasa Türkiyәnin ilkin prioritetinin fәlәstinlilәrin hәyat şәraitinin normallaşması olduğunu söylәyib.

Baş nazir Azәrbaycan prezidenti İlham Әliyev ilә görüşü zamanı da son dövrdә Azәrbaycan-Ermәnistan tәmas xәttindә baş verәn qarşıdurmalara toxunaraq Türkiyәnin hәr zaman Azәrbaycanın yanında olduğunu vurğulayıb.

Davudoğlu sammit çәrçivәsindә Bosniya vә Herseqovina prezident şurasının sәdri Bakir İzetbegoviç ilә dә görüşüb.

Görüşdә ikitәrәfli münasibәtlәr, Türkiyәnin Bosniya vә Herseqovinada davam edәn layihәlәri, qarşılıqlı ticarәt, Bosniya vә Herseqovinanın NATO-ya üzv olma prosesi müzakirә olunub.

Qeyd edәk ki, Baş nazir Әhmәd Davudoğlu Liviya,Somali, İordaniya, Nigeriya, Malayziya vә Әfqanıstan liderlәri ilә dә bir araya gәlib.



Әlaqәli Xәbәrlәr