PKK-dan etiraf

Suriyadakı xaos və Türkiyədəki seçki prosesi fürsətindən istifadə edərək 2015-ci ilin iyul ayında qanlı hücumlarına yenidən başlayan terror təşkilatı PKK aldığı zərbələrdən sonra etiraf edib.

470803
PKK-dan etiraf

Suriyadakı xaos və Türkiyədəki seçki prosesi fürsətindən istifadə edərək 2015-ci ilin iyul ayında qanlı hücumlarına yenidən başlayan terror təşkilatı PKK aldığı zərbələrdən sonra etiraf edib.

Hakkarinin Yüksəkova qəsəbəsindəki PKK terroristlərinin öz aralarındakı radio danışıqlarında qondarma "özünüidarə" elanının işə yaramadığı etiraf olunub.

Təhlükəsizlik qüvvələri tərəfindən qeydə alınan danışıqlarda son dövrdə təşkilatın müvəffəqiyyətsiz olduğu etirafları da diqqətdən yayınmayıb.

PKK Şırnak, Diyarbəkir, Mardin və Hakkari şəhər mərkəzləri və rayonlarında bu günə qədər yüzlərlə üzvünü itirib.

Təhlükəsizlik qüvvələri bölgənin böyük qismini terroristlərdən təmizləyib. Təmizlənən ərazilərdə aparılan axtarışlarda təşkilata aid xeyli sayda silah-sursatla yanaşı, yaralı terroristlərin müalicə edildiyi binada tibbi vasitələr və dərman ələ keçirilib.

Dünən aparılan əməliyyatlarda da Şırnakda 7, Mardinin Nusaybin Mahalında isə 6 terrorist ölü olaraq ələ keçirilib.

Nusaybində martın 14-də başlayan əməliyyatlarda zərərsizləşdirilən terroristlərin sayı 220, Şırnakda isə 190-a çatıb.



Әlaqәli Xәbәrlәr