Mustafa Akıncı: "Kipr Türkləri bütün Avropa ölkələri ilə dialoqa girməlidir"

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ​(Şimali Kipr Türk Respublikası) prezidenti Mustafa Akıncı: "Kiprli Türklər bütün Avropa ölkələri ilə dialoqa girməlidir, çünki Kiprli Türklərin yeri Avropadır" dedi.

469874
Mustafa Akıncı: "Kipr Türkləri bütün Avropa ölkələri ilə dialoqa girməlidir"

Akıncı Almaniyanın Xarici İşlər naziri Frank-Walter Steinmeierin​ dəvəti ilə Berlinə səfər etdi.

O, Friedrich Ebert​ Fondunda keçirilən Kiprə həsr olunmuş toplantıdan sonra jurnalistlərə verdiyi müsahibədə Almaniyanın son dövrlərdə Kipr məsələsinə maraq göstərdiyini və bunun əhəmiyyətli bir ilk olduğunu dedi.

Kipr danışıqlarında böyük irəliləyişlər əldə olunduğunu, ancaq yaşayış və mülkiyyət məsələlərində hələ də böyük çətinliklərin olduğunu ifadə edən Akıncı Almaniyanın birləşdikdən sonra mülkiyyət aktları barəsində əldə etdiyi təcrübələrindən faydalanmaq istədiklərini qeyd etdi..

Akıncı və başçılıq etdiyi nümayəndə heyəti Berlindəki görüşlərdən sonra İstanbula gələrək İslam Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaqlar.



Әlaqәli Xәbәrlәr