AKP toxunulmazlıq təklifini TBMM-yə təqdim etdi

Türkiyənin Ədalət və İnkişaf Partiyası millət vəkillərinin toxunulmazlığının ləğvi ilə bağlı Konstitusiya dəyişikliyi təklifini Türkiyə Böyük Millət Məclisinə təqdim etdi.

469868
AKP toxunulmazlıq təklifini TBMM-yə təqdim etdi

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun və Ədalət və İnkişaf Partiyasından 316 millət vəkilinin imzasını daşıyan "Türkiyə Respublikası Konstitusiyasında Dəyişiklik Edilməsinə Dair Qanun Layihəsi" Konstitusiyaya müvəqqəti bir maddə əlavə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, millət vəkillərinin toxunulmazlıqlarının ləğvi məsələsində partiyalar razılıq əldə edə bilməmişdilər və AK Partiya da öz təklifini təqdim edəcəyini bildirmişdi.

Təklifin qəbul edilməsi üçün ən azı 367 millət vəkilinin səsi lazımdır.

330 səs olduqda isə referendum üçün yol açılır.



Әlaqәli Xәbәrlәr