Səudiyyə Ərəbistanı kralına Dövlət Nişanı təqdim edildi

Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbdüləziz Əl Səud Ankara səfərindən sonra 14-15 apreldə İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü İslam Sammitində iştirak edəcək

469734
Səudiyyə Ərəbistanı kralına Dövlət Nişanı təqdim edildi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvətilə dünən Ankaraya gələn Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbdüləziz əvvəlcə hava limanında, sonra isə Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb. Qarşılanma mərasimindən sonra Ərdoğan ərəb kralını Dövlət Nişanı ilə təltif edib və deyib: “Bu, Türkiyənin yüksək dərəcəli dövlət nişanıdır, iki ölkə əlaqələrinin və dostluq bağlarının güclənməsinə səy göstərən rəhbərlərə verilir. Qiymətli dostum, əziz qardaşım, Səudiyyə Ərəbistanında taxta çıxdığınız gündən bu yana ölkələrimiz arasındakı dostluq əlaqələrin inkişaf etdirilməsinə böyük töhfələr vermisiniz. Qədim dostluğumuzun və qardaşlığımızın ən gözəl simvolu olacaq bu nişanı zati-alinizə təqdim ediyim üçün böyük bir məmnuniyyət hissi duyuram."

Rəsmi ziyarət çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq mövzular müzakirə olunacaq.

Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbdüləziz Əl Səud Ankara səfərindən sonra 14-15 apreldə İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü İslam Sammitində iştirak edəcək.

İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısında Fələstinin qarşı-qarşıya qaldığı çətinliklərdən, İslamofobiyanın İslam dünyasının yaşadığı qlobal problemlərə təsiri məsələləri müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr