Səudiyyə Ərəbistanı kralı Türkiyədədir

Kral Ankara səfərindən sonra 14-15 apreldə İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü İslam Sammitində iştirak edəcək

469639
Səudiyyə Ərəbistanı kralı Türkiyədədir

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvətilə dünən Ankaraya gələn Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbdüləziz əvvəlcə hava limanında, sonra isə Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb.

Rəsmi ziyarət çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq mövzular müzakirə olunacaq.

Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbdüləziz Əl Səud Ankara səfərindən sonra 14-15 apreldə İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının 13-cü İslam Sammitində iştirak edəcək.

İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısında Fələstinin qarşı-qarşıya qaldığı çətinliklərdən, İslamofobiyanın İslam dünyasının yaşadığı qlobal problemlərə təsiri məsələləri müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr