Avropa Şurası Təhsil Nazirlərinin növbǝti Daimi Konfransı keçirilib

“450 min Suriyalı uşağa təhsil imkanı yaradacayıq”. Bunu Təhsil Naziri Nabi Avcı deyib.

469199
Avropa Şurası Təhsil Nazirlərinin növbǝti Daimi Konfransı keçirilib

Tǝhsil naziri Nabi Avcı Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Şurası Təhsil Nazirlərinin növbǝti Daimi Konfransına qatılıb. Avcı tǝdbirdǝ etdiyi çıxışında sığınacaq axtaran 330 min Suriyalı uşağın formal təhsilə alındığını, cari ilin sonuna dǝk 450 min Suriyalı uşağın təhsilə başlaması üçün lazımlı işlǝrin aparıldığını qeyd edib. Türkiyǝnin öz imkanları ilǝ Suriyalı uşaqlar üçün lazımlı imkanları tǝmin etmǝyǝ çalışdığını ifadǝ edǝn Avcı, “ Ancaq bu mövzuda bütün ölkələrdǝn dǝstǝk gözlǝyirik" deyǝ vurğulayıb.

Konfransın ən böyük töhvǝlǝrindǝn birinin isǝ Suriyalı uşaqlara tǝhsil imkanı yaradmanın vacibliyi fikrinin bütün ölkǝlǝr tǝrǝfindǝn dǝrk edilmǝsi olacağına inandığını deyǝn nazir Avcı Terrorun kökünü kǝsmǝnin ǝn önǝmli yollarından birinin tǝhsil almış gǝnc nəsillər vǝ fərqliliklərə sahib mədəni zǝnginliklǝrin fǝrqindǝ olan, demokratiyanın universal dəyərlərinə hörmət göstǝrǝn insanlar yetişdirmǝk olduğunu qeyd edib.

Avcı, Avropa Şurasınin bu yolda atdığı addımları yüksǝk qiymǝtlǝndirdiyini, xüsusilə İslamofobiya tǝhdidi qarşısında bütün dövlətlərin tədbir almasının lazım olduğunu sözlǝrinǝ ǝlavǝ edib.



Әlaqәli Xәbәrlәr