Avropa İttifaqı nümayǝndǝ heyǝti Türkiyǝdǝ görüşlǝr keçirir

Çırağan Sarayında baş tutan yığıncaq əvvəli Çavuşoğlu və Koenders mətbuat mənsublarına açıqlama verib.

468044
Avropa İttifaqı nümayǝndǝ heyǝti Türkiyǝdǝ görüşlǝr keçirir

Xarici işlər naziri Mevlüt Çavuşoğlu və Avropa İttifaqı işlǝri üzrǝ nazir və Başmüzakereci Volkan Bozkır, Aİ-nın Dövr sǝdri Niderland xarici işlər naziri Bert Koendersin başçılığında, İstanbulda sǝfǝrdǝ olan Slovakiya xarici işlər və Avropa işləri naziri Miroslav Lajcak, Fransanın Avropa işləri üzrə Dövlət katibi Harlem Desir və Portuqaliyanın Avropa işləri üzrə Dövlət katibi Margarida Marquesden ibarət heyət ilə bir araya gǝlib.

Çırağan Sarayında baş tutan yığıncaq əvvəli Çavuşoğlu və Koenders mətbuat mənsublarına açıqlama verib.

Xarici işlǝr naziri Çavuşoğlu, Türkiyǝ ilǝ Avropa İttifaqı arasındakı ǝhǝmiyyǝtli mövzulardan birinin qeyri qanuni köçün qarşısını almaq, qanuni köçǝ dǝstǝk vermǝk olduğunu, bununla əlaqədar yol xǝritǝsi hazırlandığını vǝ bunu 4 Apreldən bǝri hǝyata keçirildiyini bildirib.

Avropa İttifaqı nümayǝndǝ heyǝtinin başçısı Bert Koenders dǝ öz növbǝsindǝ Türkiyənin miqrantlara göstərdiyi qonaqpərvərliyǝ diqqət çəkərək, “Türkiyə Respublikası və Türk xalqının qonaqpərvərliyinǝ, 2 milyondan çox sığınmacını qucaqlaması ilǝ dünya şahid olmuşdur. Türkiyǝ ilǝ ǝldǝ edilǝn razılaşma çǝrçivǝsindǝ daha qaçaqmalçılıq iqtisadiyyatının vǝ miqrant ölümlǝrinin qarşısını almaq istəyirik" deyǝ vurğulayıb.

Yoğıncaqda, Türkiyə-Aİ əlaqələri, regional və beynəlxalq məsələlər ilǝ bağlı cǝrǝyan edǝn proseslǝr dǝ müzakirǝ edilib.



Әlaqәli Xәbәrlәr