Türkiyəli və iranlı iş adamları bir araya gələcəklər

Türkiyənin inkişaf naziri Cevdet Yılmaz Türkiyə -İran Birgə İqtisadi Komissiyanın 25-ci Toplantısına qatılmaq üçün Konyaya gedib.

467645
Türkiyəli və iranlı iş adamları bir araya gələcəklər

Konyada baş tutacaq Türkiyə-İran Biznes Forumu haqqında məlumat verən nazir bildirib ki, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə Komissiyanın son toplantılarını Konyada reallaşdıracaq və hər iki ölkənin iş adamları bir araya gələcəklər.

Konyada hər iki ölkənin ortaq dəyərləri olan Həzrəti Mövlana türbəsinin olduğunu vurğulayan C. Yılmaz qonaqların mənəvi məkanları ziyarət edəcəklərini və Konyanın ictimai mühitini da görmə imkanları olacağını söyləyib. Nazir 2016-cı il Konyanın İslam Dünyasının Turizm Paytaxtı olaraq seçilməsinin bu baxımından yaxşı bir fürsət olduğunu vurğulayıb.

Nazir C.Yılmaz bildirib ki, Konyanın inkişafında ən əhəmiyyətli sahələrdən biri əslində mədəniyyət və inanc turizmidir. Konyanın, xüsusilə İslam paytaxtı olması İslam mədəniyyətinin inkişaf etdirilməsi baxımından da çox əhəmiyyətlidir. Bu mənada Konyanın turizm başda olmaqla iqtisadi inkişafına da təsir göstərəcək bu il çox önəmli bir dövrdür.



Әlaqәli Xәbәrlәr