Avropa İttifaqından 4 nazir İstanbula gəlir

Avropada qeyri-qanuni immiqrant çaxnaşması

467637
Avropa İttifaqından 4 nazir İstanbula gəlir

Türkiyə ilə Avropa İttifaqı arasında varılan razılaşma çərçivəsində qeyri-qanuni yollarla Avropaya gedən nizamsız köçkünlərin geri qəbuluna, hər alınan immiqrant qarşılığında Türkiyədən bir qaçqının göndərilməsinə başlanılıb.

Avropa İttifaqı ölkələri mühəndis və həkim immiqrantlar istəyir, ancaq göndəriləcək immiqrantlar Birləşmiş Millətlər Təşkilatı meyarları çərçivəsində təyin olunur.

Digər tərəfdən, immiqrantların Avropaya, xüsusən, Yunanıstan üzərindən qaçaq yollarla girişi davam edir.

Nizamsız immiqrantlarla bağlı qayğıları müzakirə etmək üçün Avropa İttifaqının Fransa, Hollandiya, Portuqaliya və Sloveniyadan olan nazirləri 9 - 10 aprel tarixlərində Türkiyədə olacaq. Hollandiyanın Xarici İşlər naziri Bert Koendersin rəhbərliyilə gələn heyətdə Slovakiya Xarici İşlər naziri Miroslav Layçak, Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir və Portuqaliyanın Avropa işləri üzrə Dövlət katibi Marqarita Marques var. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqı üzrə nazir Volkan Bozkır qonaq heyətlə 9 apreldə İstanbulda görüşəcək. Görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri, köç böhranı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr