196 ölkənin taleyi 5 dövlətin iki dodağı arasına məhkum edilə bilməz

“Dünya 5-dən böyükdür. 196 ölkənin taleyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvünün iki dodağı arasına məhkum edilə bilməz"

467836
196 ölkənin taleyi 5 dövlətin iki dodağı arasına məhkum edilə bilməz

Bu sözləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulun Zeytinburnu Bələdiyyəsinin kütləvi açılış mərasimində söyləyib.

Ərdoğan çıxışında bu ifadələri işlədib: "Artıq BMT öz işlərində islahat etməlidir. Yardım etdiyi normal təşkilatdır, yoxsa PKK, PYD, DHKP-C kimi terror təşkilatıdır, onunçün fərqi olmamağa başlayıb. Halbuki bunlar bir ağacın budaqlarıdır. Kök eyni, gövdə eyni, budaq fərqli ola bilməz ki? Necə biri terror təşkilatı sayılır, digəri yox? Nooldu, bəs terrorla birgə mübarizə aparırdıq? Amma biz hələ hansının terror təşkilatı olduğu mövzusunda bir fikrə gələ bilməmişik. Ortaq mübarizəni necə aparacağıq? Dünyada DAEŞ-lə Türkiyə qədər bir istiqamətli mübarizə aparan heç bir ölkə yoxdur. Ayrı-ayrı hesablarını çürütmək üçün Suriyada əməliyyatlar keçirən ölkələrin çoxunun dərdinin DAEŞ olmadığını biz bilmirikmi? Bilirik. Suriyada qətl edilən yarım milyon insan onların heç vecinə deyil."



Әlaqәli Xәbәrlәr