Miqrantlar İzmirin Dikili limanına getirilib

Türkiyə-Avropa İttifaqı razılaşması əsasında reallaşan qaçqınların geri göndərilməsi və dəyişdirilməsi çərçivəsində Yunanıstandan yola çıxan 2-ci miqrant qrupu İzmirin Dikili qə​sə​bə​sinə​ gəlib.

467072
Miqrantlar İzmirin Dikili limanına getirilib

Türkiyə-Avropa İttifaqı razılaşması əsasında reallaşan qaçqınların geri göndərilməsi və dəyişdirilməsi çərçivəsində Yunanıstandan yola çıxan 2-ci miqrant qrupu İzmirin Dikili qə​sə​bə​sinə​ gəlib. Midilli adasında qalan qaçqınları daşıyan "Lesvos" gəmisini Sahil Təhlükəsizlik Komandirliyinə məxsus qayıqlar müşayiət edib.

Qaçqınları Türkiyəyə qəbul edəcək Dikili limanında isə bütün hazırlıqlar yekunlaşıb. Miqrasiya İdarəsi tərəfindən qurulan çadırlarda gələn qruplar barmaq izlərinin alınmasından sonra sağlamlıq testindən keçirilirlər.

Əməliyyatı çox sayda yerli və xarici jurnalist izləyib.

Qeyd edək ki, nizamsız köç və insan qaçaqmalçılığı ilə mübarizə məqsədilə Türkiyə ilə Aİ arasında martın 18-də Brüsseldə razılıq əldə olunub. Apelin 4-dən prosesin icrasına başlanılıb. Türkiyə öz torpaqlarından Yunan adalarına keçdiyini sübut edən immiqrantları geri qaytarır. Bu şəxslərdən suriyalı olmayanların Türkiyə tərəfindən ölkələrinə qaytarılması üçün əməliyyatlar aparılır.

Suriyalı olanlar isə Türkiyədəki düşərgələrə yerləşdirilir və hər birinin qarşılığında qeydiyyatda olan suriyalı qaçqınlardan biri Avropa İttifaqı ölkələrinə göndərilir.

Dəyişdirilməsi planlaşdırılan suriyalı qaçqınların sayı ilk etapda 72 min nəfər nəzərdə tutulur.

Geri qaytarılma və dəyişdirilmə əməliyyatlarının xərcləri Aİ tərəfindən ödənilir.



Әlaqәli Xәbәrlәr