Konyada İkinci Beynəlxalq Halal Turizm Konfransı keçiriləcək

İkinci Beynəlxalq Halal Turizm Konfransı bu il 3-5 may tarixləri arasında Konyada keçiriləcək.

465686
Konyada İkinci Beynəlxalq Halal Turizm Konfransı keçiriləcək

"Halal Turizm" sektorunun nümayəndələrinin konfransda halal meyarlar mövzusunda konsensus əldə edərək vahid standartlar müəyyən etməsi gözlənilir.

Dünya miqyasında aparılan bir araşdırmaya görə, 2011-ci ildə Həcc və Ümrə istisna olmaqla, 123 milyon müsəlman turizmə 126,1 milyard dollar xərcləyib.

2020-ci ildə bu rəqəmin 200 milyard dollara çatacağı proqnozlaşdırılır.

İlk dəfə 2014-ci ildə İspaniyanın Qranada şəhərində keçirilən Halal Turizm Konfransında bu il 25 beynəlxalq məruzəçinin, 60-dan çox turizm operatoru və turizm şirkətinin, 150 halal konseptli otel nümayəndəlirinin, 30 ölkə, minə yaxın heyət və minlərlə ziyarətçinin iştirakı gözlənilir.



Әlaqәli Xәbәrlәr