Əminə Ərdoğanın şəxsində Türkiyəyə təşəkkür etdilər

Səfirlikdə təşkil olunan mərasimdə Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Sema Ramazanoğlu, İstanbul Millət vəkili Ravza Kavakçı və nazirlərin həyat yoldaşları iştirak edib

463044
Əminə Ərdoğanın şəxsində Türkiyəyə təşəkkür etdilər

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana Vaşinqton Bələdiyyəsində fəaliyyət göstərən Uşaq və Ailə Xidməti Agentliyi tərəfindən fəxri fərman təqdim olunub.

Ehtiyacı olan ailələrə və uşaqlara yardım ictimai qurumu olan Agentlik Türkiyənin ABŞ-dakı səfirliyi əməkdaşlarının fəal xidmətinə və uşaqlara xüsusi qayğı göstərdiyinə görə Əminə Ərdoğanın şəxsində Türkiyəyə təşəkkürünü bildirib.

Səfirlikdə təşkil olunan mərasimdə Türkiyənin Ailə və Sosial Siyasətlər naziri Sema Ramazanoğlu, İstanbul Millət vəkili Ravza Kavakçı və nazirlərin həyat yoldaşları iştirak edib.

Əminə Ərdoğan Vaşinqtonda Smithsonian İnstitutuna bağlı muzey kompleksi içində olan “Artur Sack Gallery Afganistan" sərgisinə də qatılıb.



Әlaqәli Xәbәrlәr