R.T.Әrdoğan ''Think Tank'' tәşkilatının nümayәndәlәri ilә görüş keçirib

Türkiyǝnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyəyə yaxın olan bölgələrdə insanlıq dramı yaşandığını qeyd edǝrǝk: "İdarə edilǝ bilmǝyǝn siyasi sahələrlə dolu bölgǝdǝ Türkiyə olaraq prosesləri regional və qlobal sülhə xidmət edəcək şəkildə istiqamətlə

461652
R.T.Әrdoğan ''Think Tank''  tәşkilatının nümayәndәlәri ilә görüş keçirib

Türkiyǝnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyəyə yaxın olan bölgələrdə insanlıq dramı yaşandığını qeyd edǝrǝk: "İdarə edilǝ bilmǝyǝn siyasi sahələrlə dolu bölgǝdǝ Türkiyə olaraq prosesləri regional və qlobal sülhə xidmət edəcək şəkildə istiqamətləndirməyə çalışırıq. Bu səylərimizdə bǝzǝn yalnız olduğumuzu hiss etsək də, ABŞ-ın bizi anladığını və yanımızda olduğunu düşünmək istəyirik" deyib.

Dövlǝt başçısı Ərdoğan St. Regis otelindǝ Think Tank tǝşkilatının nümayǝndǝlǝri vǝ alimlǝrlǝ bir araya gәlib.

ABŞ ilə Türkiyə arasındakı ittifaq və tərəfdaşlığın əhəmiyyətini vurğulayan Ərdoğan :"Keçmişdǝ olduğu kimi bu gün dǝ ABŞ ilǝ münasibǝtlǝrimiz çox ǝhǝmiyyǝtlidir. Əmǝkdaşlığımızı ortaq dǝyǝrlǝr vǝ qarşılıqlı mǝnfǝǝtlǝr ǝsasında inkişaf etdirmǝk üçün sǝy göstǝririk. Bunu etmǝyǝ dǝ davam edǝcǝyik'' deyib.

Ərdoğan: ''Terrorun yayılması və bu gün Avropa sərhədlərindǝ yaşanan qaçqın böhranı Suriya vǝ İraqda baş verǝn proseslǝrin ǝyani nǝticǝsidir'' deyib.

Terror tǝşkilatı DEAŞ-ı ortaq tǝhdid olaraq görürәm deyǝn Ərdoğan: ''Bu terror qruplaşması ilә qәtiyyәtlә mübarizә edirik vә bu istiqamәtdәki beynәlxalq sәylәrә dә dәstәk veririk'' deyә qeyd edib.



Әlaqәli Xәbәrlәr