İki İran vətəndaşı cəsusluq etməkdə iitiham olunaraq azadlıqdan məhrum edildilər

Türkiyənin Van şəhərində Türkiyəyə sığınan İranlı müxalif komandanı qaçırmağa cəhd göstərmə iddiası ilə casusluq etməkdə ittiham olunan İran əsilli Abdolsalam Tatari və Mohammad Mohammadıan Delahzı 6 il 8 ay müddətinə azadlıqdan məhrum edildilər.

462137
İki İran vətəndaşı cəsusluq etməkdə iitiham olunaraq azadlıqdan məhrum edildilər

Van 2-ci Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında məhbus müttəhimlər ilə vəkilləri iştirak etdilər.

Müttəhimlərdən Delahzı ittihamı rədd etdi. İranda taksi sürücülüyü etdiyini bildirən Delahzı Vana casusluq məqsədilə gəlmədiyini dedi.

Tatari də İranda özünü "Hacı" deyə tanıdan birinin borcunun olduğu adamı tapmaq məqsədilə Vana gəldiyini, bu adamın şəxsiyyəti barədə məlumatının olmadığını söylədi. Bir müddətdən sonra həmin adamı axtarmaqdan vaz keçdiyini bildirən Tatari günahsız olduğunu iddia etdi.

Müttəhimlərin vəkilləri də müvəkkillərinin "casusluq" etmədiyini bildirdi.

Cinayət İşi ilə əlaqədar təhqiqatı tamamlayan məhkəmə heyəti müqəssirlərə "məxfi məlumatların casusluq məqsədilə ötürülməsi" maddəsi ilə 6 il 8 ay həbs cəzası verdi.



Әlaqәli Xәbәrlәr