Ərdoğan ABŞ-da görüşlər keçirir

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 31 mart-1 aprel tarixləri arasında keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının paytaxtı Washingtondadır.​

460917
Ərdoğan ABŞ-da görüşlər keçirir

Prezident Ərdoğan Washingtonda​ hərarətlə qarşılandı. Onun qalacağı otelin önünə ABŞ-ın müxtəlif ştatlarında yaşayan Türklər axın etdilər.

Üzərində "Etibarlı lider, xoş gəldin", "Millətin adamı", "Suriyalı qaçqınları qoruduğun üçün təşəkkürlər" yazılmış plakatları daşıyan izdiham, qaldırdıqları böyük Türk bayrağıyla Prezident Ərdoğana sevgi və hörmətlərini nümayiş etdirdilər.

Prezident Rəcəb Tayyib​ Ərdoğan və xanımı Əminə Ərdoğan onları gözləyən Türklərin yanına gedərək, qısa söhbət etdilər.

Ərdoğan otelə girərkən jurnalistlərə verdiyi müsahibədə ABŞ-dakı proqramının başladığını bildirdi.

Nüvə Təhlükəsizliyi Sammitinə qatılacağını xatırladan Ərdoğan Türk-Amerikan Mədəniyyət Mərkəzinin açılışını edəcəklərini söylədi..

Prezident Ərdoğan məmnuniyyətini dilə gətirdi.

Prezident daha sonra qaldığı oteldə Think Tank təşkilatlarının nümayəndələri ilə bir araya gəldi.

Mətbuata qapalı keçirilən görüşdə ABŞ Prezidenti Barak Obamanın xüsusi köməkçisi, Ağ Ev Milli Təhlükəsizlik Şurası Avropa Əlaqələri üzrə Baş Direktoru Karen Donfried, Washington​ İnstitutunun Direktoru Michael Singh​, Woodrow Wilson​ Mərkəzinin Sədri Jane Harma​n, Georgetown ​ Universitetinin Beynəlxalq Əlaqələr Fakültəsinin Dekanı Prof. Joel Hellman​, SAIS/Johns Hopkins ​ Universitetinin Dekanı Prof. Vali Nəsrin da aralarında olduğu çoxlu sayda Think Tank təşkilatı nümayəndəsi və alim iştirak etdi.

Görüşdə Türkiyənin Ailə və Sosial Siyasətlər Naziri Səma Ramazanoğlu, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Qaynaqlar Naziri Berat Albayrak, Gənclər və İdman Naziri Akif Cağatay Kılıc və İqtisadiyyat Naziri Mustafa Elitaş da iştirak etdilər.

Bu arada, Ağ Ev prezident Barak Obama ilə prezident Ərdoğanın səfər əsnasında qeyri-rəsmi görüş keçirəcəklərini bildirdi.

Ağ Ev Sözçüsü Josh Earnes​t prezident Ərdoğanla Obamanın rəsmi olaraq ikitərəfli görüş keçirilməməsinin Ərdoğana qarşı bir davranış olmadığına diqqət çəkdi.

Earnet sammitdə 50-dən çox liderin iştirak edəcəyini xatırladaraq, Ərdoğanın ABŞ vitse-prezidenti Joe Biden​ ilə ikitərəfli görüş keçirəcəyini də bildirdi.



Әlaqәli Xәbәrlәr