PKK-ya qarşı əməliyyatlarda yenə şəhid xəbəri

TürkiyəninŞırnak şəhərində terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda 1 polis şəhid olub.

460951
PKK-ya qarşı əməliyyatlarda yenə şəhid xəbəri

Şəhər mərkəzində PKK üzvlərinin tutulması və mövqelərinin dağıdılması, barrikadaların sökülməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə elan edilən komendant saatından sonraTürk Silahlı Qüvvətləri (TSK) və Polis İdarəsi martın 14-də başladığı "Şəhid Jandarma baş leytenantı Mehmet Çifçi əməliyyatı"nı davam etdirir.

Əməliyyatların aparıldığı Dəclə Məhəlləsində PKK-çılar ilə təhlükəsizlik güvvələri arasında qarşıdurma olub.

Əməliyyatda, 1 xüsusi təyinatlı polis məmuru başından yaralanıb.

Xəstəxanaya çatdırılan polis məmurunu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Bu arada, Batmanın Gercüş bölgəsində, terror təşkilatı PKK-ya yardım etmək, təşkilat adına pul yığmaq, silahla təmin etməkdə şübhələnən, 7 nəfər də nəzarətə alınıb.

Əməliyyatda, xeyli sayda silah və sursat ələ keçirilib, 2 şübhəli şəxsin də tutulması üçün işlər davam etdirilir.

İstanbul Sultangazidə də helikopterin köməyi ilə reallaşan əməliyyatda bir jurnalın ofisində axtarış aparılıb, şübhəlilər nəzarətə alınıblar.

Baş Qərargah Rəisliyi də Mardin, Şırnak və Hakkaridə terror təşkilatı PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlarda 23 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr