Çavuşoğlu Türkiyə-ABŞ əlaqələrindən danışdı

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, terror təşkilatları arasında ayrı-seçkilik e​​tmədən mübarizə aparılmasının lazım olduğunu söyləyib.

460940
Çavuşoğlu Türkiyə-ABŞ əlaqələrindən danışdı

Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtondakı görüşləri çərçivəsində Corc Vaşinqton Universitetində Türkiyənin xarici siyasəti və Türk-Amerika əlaqələri haqqında çııxış edib.

Terrorizmlə mübarizədə ikili standartın olduğunu bildirən xarici işlər naziri Çavuşoğlu, bütün ölkələri terrorizmə qarşı mübarizədə həmrəy olmağa səsləyib.

PKK-nı terror təşkilatı elan edib, PYD və YPG ilə əməkdaşlıq edilməsinin yol verilməz olduğunu vurğulayan Çavuşoğlu;

"PKK ilə PYD arasında heç bir fərq yoxdur. PYD ilə DAEŞ-a qarşı mübarizədə ortaq ola bilmərik. DAEŞ-a qarşı mübarizədə hansısa bir terror təşkilatına güvənə bilmərik" deyib.

Türkiyənin yerləşdiyi bölgədə bir çox böhranın olduğunu bildirən Çavuşoğlu, Suriya, İraq və Rusiyanın artan təcavüzkar mövqeyindən, Ərəb-İsrail problemindən, Yəmən, Liviya və Yaxın Şərqdəki məzhəb anlaşılmazlıqları kimi mövzulardan, xüsusilə Avropada artan irqçilik və terrorizm kimi problemlərdən danışıb.

Çavuşoğlu Türkiyənin 22 ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq yaradıldığını bildirib. Asiya-Sakit okean ölkələri və Afrika ilə də əlaqələrin inkişafı üçün səy göstərildiyini bildirən Çavuşoğlu, Türkiyənin son 10 ildə tutduğu mövqeyi genişləndirərək, yenə də siyasi, iqtisadi və ictimai olaraq Avro-Atlantik ailənin bir parçası olduğunu söyləyib.

Türkiyə-Amerika siyasi və hərbi müttəfiqliyinin digər sahələrə də keçdiyini deyən Çavuşoğlu, Türkiyə ilə Amerika arasında PYD kimi bəzi mövzularda anlaşılmazlıqların oluduğuna baxmayaraq, lazım olduğu zaman eyni fikirdə olduqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr