Almaniyada Avropalı Türk Demokratlar Birliyinə hücüm

Almaniyada Avropalı Türk Demokratlar Birliyinin (UETD) Hamburg Təşkilatının başçısı Möhtərəm Güngörünün avtomobilinə molotov kokteyli atılıb.

460969
Almaniyada Avropalı Türk Demokratlar Birliyinə hücüm

Hücum zamanı Güngörün içində olmadığı avtomobil tamam yararsız hala düşüb.

Möhtərəm Güngör partlayış səsinə evindən çölə çıxdığı zaman üzü maskalı 3 nəfərin qaçdığını görüb.

Hücumla əlaqədar kameranın qeydə aldıqlarını polisə verdiyini deyən Güngör, Hamburg Prokurorluğunun hadisəni geniş şəkildə araşdırdığını deyib.

Möhtərəm Güngör:'' Almaniyada Avropalı Türk Demokratlar Birliyinə qarşı hücumların artması olduqca narahatedici məsələdir. Evin qarşısındakı avtomobilin yandırılması gedən prosesləri bir daha sübut edir" söyləyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da rəsmi Twitter səhifəsində yazdığı şərhdə Almaniyada Avropalı Türk Demokratlar Birliyinin şöbələrində və üzvlərinə qarşı törədilən terror hücumlarından narahat olduqlarını bildirərək, Almaniya hökumətini bu hücumları araşdırmağa və lazım olan tədbirləri görməyə çağırıb.



Әlaqәli Xәbәrlәr