DEAŞ vә PKK-ya qarşı әmәliyyatlar qәtiyyәtlә davam etdirilir

Mardinin Nusaybin rayonunda terrorçuların tәşkil etdiyi hücum nәticәsindә 2 əsgər şəhid olub.

459637
DEAŞ vә PKK-ya qarşı әmәliyyatlar qәtiyyәtlә davam etdirilir

Mardinin Nusaybin rayonunda terrorçuların tәşkil etdiyi hücum nәticәsindә 2 əsgər şəhid olub.

Tәhlükәsizlik qüvvәlәrinin hәyata keçirdiklәri әmәliyyat zamanı terrorçuların әvvәldәn yerlәşdirdiklәri bomba partlayıb. Hadisә nәticәsindә 5 әsgәr dә yaralanıb.

Bölgәdә isә әmәliyyatlar davam edir.

Şanlıurfanın Siverek rayonunda da hәrbi avtomobilin keçişi zamanı terrorçuların yol kәnarına yerlәşdirdiklәri bombanın partlaması nәticәsindә 3 әsgәr yaralanıb.

Adananın Seyhan rayonunda da terror tәşkilatının atdığı ''molotof kokteyli'' nәticәsindә bir komissar müavini yaralanıb.

Üzündә vә әllәrindә yanıqlar әmәlә gәlәn kommisar müavini Adana Nümunә Xәstәxanasına yerlәşdirilib.

Bu arada tәhlükәsizlik qüvvәlәri terror tәşkilatına qarşı әmәliyyatları qәtiyyәtlә davam etdirir.

Qaziantepdә DEAŞ üzvü Suriya vәtәndaşı 4 terrorçu ilә PKK üzvü 2 terrorçu hәbs olunub.

Kahramanmaraşda da terror tәşkilatı DEAŞ qarşı hәyata keçirilәn әmәliyyat nәticәsindә 3 nәfәr hәbs olunub.

İstanbulda isә 7 fәrqli nöqtәdә hәyata keçirilәn әmәliyyat nәticәsindә saxlanılan 5 nәfәr hәbs olundu.



Әlaqәli Xәbәrlәr