Əhməd Davudoğlu "Dünya Türk Sahibkarlar Qurultayı" nda iştirak edib

Baş nazir Əhməd Davudoğlu yeni konstitusiyanın yazılmasına növbəti həftə başlanacağını söyləyib.

459091
Əhməd Davudoğlu "Dünya Türk Sahibkarlar Qurultayı" nda iştirak edib

Baş nazir Əhməd Davudoğlu yeni konstitusiyanın yazılmasına növbəti həftə başlanacağını söyləyib.

Davudoğlu, İstanbulda təşkil edilən "Dünya Türk Sahibkarlar Qurultayının" şam yeməyində çıxış edib.

Davudoğlu çıxışı zamanı terrora və böhrana qarşı bərabərlik çağırışını edib.

"Demokratiyanın və hüququn mənimsənildiyi bir zəmində, iqtisadi inkişafa nail olmaq üçün lazım olan bütün addımları atdıq və bu işi davam etdiririk'' deyən Davudoğlu, Avropa İttifaqının viza məsələsinin şərtlərini yerinə yetirmək üçün müxalifətə də müraciət edib.

Davudoğlu: "Mayın 4-ə qədər lazım olan bütün islahatları tamamlamalıyıq'' deyə vurğulayıb.

Baş nazir Davudoğlu Ədalət və İnkişaf Partiyası olaraq yeni konstitusiyanın yazı işlərini bir ayın içində bitirməyi planladıqlarını bildirib.

Davudoğlu: "İnsan hüquq və azadlıqlarını gücləndirən, səlahiyyət və məsuliyyət bərabərliyinin təmin olunduğu, siyasi sistem olaraq başçılığı mənimsəyən, demokratik və azad bir konstitusiyaya üçün lazım olan hər bir addımı qətiyyətlə atacağıq." deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr