Son terror hadisələri bizə 3 əsas dərsi çıxarmağa imkan verdi

İbrahim Kalın, Türkiyə Dövlət Aparatının (Cumhurbaşkanlığının) sözçüsü, "Daily Sabah"da çıxan məqalə

458829
Son terror hadisələri bizə 3 əsas dərsi çıxarmağa imkan verdi

Müsəlmanlar və Qərb ölkələri DAEŞ, Əl-Qaidə və oxşar terror təşkilatları aradan qaldırmaq üçün birlikdə hərəkət etməlidir, istər Suriya, istər İraq, istər Somali, istər Fransa, istərsə də Belçikada olsun.

Terror Ankara və İstanbuldakı son hücumlarından sonra bu dəfə Brüsseli vurdu. Bu terror aktları bir daha yaşadığımız dünyanın zəifliyini ortaya qoydu və terrorizmin bütün formalarına qarşı yeni siyasətlər aktual etdi.

Son qorxulu və insanlıqdankənar terror hadisələri bizə 3 əsas dərsi çıxarmağa imkan verir.

Birinci dərs. Hər şeydən əvvəl, DAEŞ-lə mübarizə strategiyası yenidən nəzərdən keçirilməlidir. Şübhəsiz ki, bu təhlükə məhv edlməlidir. Bununçün müsəlman və Qərb ölkələri DAEŞ, Əl-Qaidə və bu kimi terror təşkilatların fəaliyyətlərilə bağlı birlikdə çalışmalıdır, istər Suriya, istər İraq, istər Somali, istər Fransa və ya istərsə Belçikada olsun.

Suriya və İraqda DAEŞ hədəflərinə qarşı, xüsusən, aviahücum strategiyası özünü doğrultmadı: Suriyada müharibə DAEŞ qaniçənlərini qidalandırmaqda davam etdi, Suriya, Türkiyə, Avropa və ABŞ-da belə DAEŞ-i dayandırmaq uğursuz oldu. Biz bu müharibənin davam etməsinə nə qədər çox imkan versək, o qədər də DAEŞ olacaq. Onsuz da DAEŞ terror şəbəkəsi yaratmaq istəyinə nail olub, ilk növbədə, Suriya və İraqda müharibələr və siyasi problemlərin təsiri ucbatından.

Biz bunu da unutmamalıyıq ki, DAEŞ terrorizmi ilə yanaşı, Suriyada Bəşər Əsəd rejimi də hər hansı terror təşkilatından çox adam öldürdü, təxminən 400.000 insanı həlak etdi, milyonlarla suriyalını məcburi qaçqına çevirdi. Bu yaralar DAEŞ dəhşətli faktorunu daha da dərinləşdirdi. Üstəlik, nə qədər paradoksal olsa da, Əsəd rejiminə Rusiya və İranın dəstəyi də DAEŞ-in xeyrinə oldu. 2003-cü ildə ABŞ-ın İraqa girməsi və orada mövcudluğu Əsədi öz varlığını qorumaq üçün hər tərəfdən dəstək almağa məcbur etdi.

İkincisi dərs. Yaxşı və ya pis terrorçu anlayışı yoxdur. Etnik, dini və ya siyasi mövqeyindən asılı olmayaraq terror dünyanın hər yerində terrordur. Bu, nə qanuna sığır, nə məntiqə. DAEŞ-in terror təşkilatı olmasını təkcə Paris və Brüssel deyil, son iki ay ərzində iki dəfə vurulan Ankara hadisələri də təsdiq etdi.

PKK da DAEŞ kimidir. PKK-ya manipulyasiya imkanı verdiyi üçündür ki, Avropa İttifaqı ölkələrinin terrorizmə qarşı mübarizələri uğursuz alınır. “PKK Suriyada DAEŞ-ə qarşı mübarizə aparır” fikrinə heç cür haqq qazandırmaq olmaz. Son Ankara və İstanbul hadisələri bir daha göstərdi ki, DAEŞ və PKK bir-birinə qarşı əks ideoloji-siyasi cəbhə kimi görünsələr də, əslində onların ikisini də Türkiyəyə qarşı terror birləşdirir. Bu baxımdan terrorizmə qarşı kəşfiyyat paylaşımı və əməkdaşlıq gələcək hadisələrin qarşısını almaq üçün açar rolunu oynayır. Brussel hücumundan sonra aydın oldu ki, ölkənin rəsmi orqanları birgə hərəkətetmə imkanından uzaqdırlar. Türkiyə Brüssel terrorçularından biri olan İbrahim Bəkravi haqqında rəsmi məlumat göndərsə də, Belçika bunu dəyərləndirə bilmədi. Bəkravi ilk dəfə Qaziantepdə tutulmuş və sonra öz xahişilə Hollandiyaya 2015-ci ilin iyununda deportasiya olunmuşdu.

Son üç il ərzində Türkiyə 3000-dən çox adamı deportasiya edib və onların şübhəli terror əlaqələrilə bağlı 37.000 nəfərin də siyahısını tərtib edib. Bu adamların da bir hissəsi bu gün Avropa ölkələrində dolaşır.

Üçüncü dərs. Qərb hər terror hücumundan sonra anti-müsəlman oyunu oynayıb ekstremistlərin əlinə imkan verir. Son terror hadisələrindən sonra Avropa və Amerika İslamafobiya anlayışından yenə siyasi məqsədləri üçün istifadə və anti-müsəlman əhval-ruhiyyəsini manipulyasiya edir. İslam və müsəlmanlar haqqında ifadələr homogenizasiya yaradır, insanları radikallaşdırır və ekstremizm təhlükəsini artırır. Bu da müsəlmanların bir qisminin ekstremistlər tərəfinə keçməsinə yol açır. Halbuki İslam heç bir siyasi problemlərə qarışmır, həll etmir, bizim təhlükəsizliyimi artırmır. Amma DAEŞ illahiyyatı kompleksləşdirir, öz siyasi məqsədləri üçün həqiqətdən qoparır, həyatın bütün sferalarından olan kiçikli-böyülkü cinayətkar, avanturist və çaşqınları öz ətrafında toplayır. Şiddətin özünə haqq qazandırması üçün dinə ehtiyac yoxdur!

Araşdırmalar göstərir ki, sağçı ekstremistlər müsəlman adlı terrorçulardan daha insan öldürür.

Ən pisi də odur ki, İslamofobiya və anti-müsəlman irqçiliyi Qərbin həm sağçı, həm solçu dairələrinin bir dam altında birləşməsinə zəmin olub. Əslində sağçı mühafizəkar qruplar etnik və dini təmizləmə, solçu liberal qruplar isə feminizm və sekulyarizm yolunu seçir. (Sekulyarizm — dinin insanların düşüncə və hərəkətlərində, cəmiyyətdəki institutlar üzərində təsirinin azalması deməkdir.) Amma necə olur ki, tam fərqli ideyalogiyaların daşıyıcıları olan bu çətin müttəfiqlər İslam və müsəlmanlara qarşı birləşir?

Zor tətbiq edən ekstremizm və anti-müsəlman irqçiliyi arasında iki qat zərəri isə sadə müsəlmanlar çəkir. DAEŞ qeyri-müsəlmanlardan daha çox sadə müsəlmanları qətlə yetirir. Suriya və İraq DAEŞ-in vəhşi hücumlarına məruz qalır. Digər tərəfdən, Qərb və Amerika DAEŞ terrorizminin yaratdığı İslama ucuz siyasi gözlükdən baxır, sadə müsəlmanları günahlandırırlar, halbuki onların bu baxışı əslində radikal və ekstremist terrorçulara qarşı yönəltməlidir. Müsəlmanlar özləri belə DAEŞ-in mühakimə olunmasını istəyir, çünki bu terrorçulardan ən çox onlar əziyyət çəkir. Amma buna fikir verən yoxdur və heç kəs bu məsələni siyasi gündəmə, mülahizələrinə daxil etmək istəmir. Hər terror hadisəsində birmənalı olaraq müsəlmanlar potensial şübhəliyə çevrilir. Niyə bu münasibət sadə almanlara qarşı yoxdur? Hər kəs neo-faşistlərlə almanları ayırır, onları bir sıraya qoymur? Niyə norveçlər Andres Breivik, amerikalılar Kukluksklan (Ku Klux Klan) və Timoti Makveyə (Timothy McVeigh) görə terrorçu adlanmır? Demək, avropalı və amerikalı terrorçulara terrorçu kimi baxılır və onlar xalqa, dinə, mədəniyyətə şamil edilmir? Amma nə olursa olsun, DAEŞ terrorizmini və “İslamofobiya sənayesi”ni bir-birinə calaq edirlər. Siyasi, İqtisadi və Sosial Araşdırmalar Cəmiyyətinin nəşr etdirdiyi hesabata görə, “Avropa İslamofobiya xofu altında anti-müsəlman irqçiliyini yayır, dini aryı-seçkilik, düşmən siyasəti yürüdür, jurnalistikanı sensasiyalı güruhçulara çevirir.

Atlantik okeanının o tayında - Amerikada da vəziyyət avropalılardan o qədər fərqlənmir. Respublikaçı Partiyadan prezidentliyə namizəd qanuna tabe olub vergi ödəyən müsəlman-amerikalıların fəaliyyətlərini nəzarətə almaq fikri ilə qorxu siyasəti yaradır. Seçki kampaniyasında siyasi mənfəətə xidmət edən bu cür fikirlər Qərbdə olan anti-müsəlman əhval-ruhiyyəsini daha da artırır və uzun zaman alacaq – xəmiri çox su aparacaq böyük problemlərə yol açır.

Terrorla mübarizə davam etməlidir, lakin bu ardıcıl və effektiv həyata keçirilməlidir. Qurban-müsəlmanların günahkar edilməsi, ittiham olunması və siyasi mənfəətlərə alət edilməsi terrorla mübarizə yolu deyildir!



Әlaqәli Xәbәrlәr