“Biz tutduq, onlar buraxdı, indi hesab versinlər”, R.T.Ərdoğan

Biz şəhidlərin qanını yerdə qoymayacağıq!

458396
“Biz tutduq, onlar buraxdı, indi hesab versinlər”, R.T.Ərdoğan

Türkiyə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan deyib: “İyul ayından bu yana terrorla mübarizədə ölkə daxilində şəhid olanların sayı 300-ü keçib. Amma terrorçuların ölkə daxili və xaricində verdikləri itkilərin sayı bundan 10 dəfə çoxdur. Biz şəhidlərin qanını yerdə qoymayacağıq!"

Ərdoğan Yozqatda bir sıra təməlqoyma mərasimlərinə olub və çıxış edib.

Türk, kürd, laz, roman, gürcü, abaza və boşnakı tək bayraq altında birləşdirən Türkiyəni bölmək istəyənlərə ayrıseçkilik salmağa nail ola bilməyəcəklərini söyləyən Ərdoğan deyib: "Terrorla mübarizəni silahlı qüvvələrimizlə, polisimizlə, kəndlilərimizlə birlikdə sonuna qədər davam etdirəcəyik".

Belçikanı çərşənbə axşamı günü qana bulayan terrorçulardan birinin Türkiyədən iyun ayında deportasiya edildiyini, haqqında avropalı səlahiyyətlilərə məlumat verildiyini təkrarlayan dövlət başçısı onu da qeyd edib ki, "Amma onlar nə etdi? Azadlığa buraxdı. İndi verin hesabını".

Dövlət başçısı terrorun bütün dünyanın problemi olduğunun vurğulayıb.



Әlaqәli Xәbәrlәr