Türkiyə ilə Pakistan arasında güclü əməkdaşlıq

Qardaş ölkə Pakistan ilə Türkiyə arasındakı əməkdaşlığı gücləndirəcək yeni bir addım atılıb.

457643
Türkiyə ilə Pakistan arasında güclü əməkdaşlıq

Qardaş ölkə Pakistan ilə Türkiyə arasındakı əməkdaşlığı gücləndirəcək yeni bir addım atılıb.

Türk polislər pakistanlı 700 polis namizədinə 6 aylıq təlim keçib.

Təlimlərini müvəffəqiyyətlə bitirən xüsusi təyinatlı polislər təşkil olunan mərasimdə məzun olublar.

Mərasimə Pəncab əyalətinin Baş naziri Şahbaz Şeriflə yanaşı, Türkiyənin İslamabad səfiri Babür Girgin və bir sıra rəsmilər qatılıb.

Şahbaz Şerif xüsusi təyinatlı polislərə keçirilən təlimlərə görə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğana və Baş nazir Əhməd Davudoğluna dərin təşəkkürlərini bildirib.

Pakistanlı xüsusi təyinatlı polislər mərasimə qatılanlara öz bacarıqlarını nümayiş etdiriblər.

Bir-birindən çətin hərəkətləri müvəffəqiyyətlə nümayiş etdirən polislər izləyicilərin rəğbətini qazanıblar.

Nümayiş vaxtı polislərin Türk və Pakistan bayraqları ilə qonaqları salamlamaları izləyənləri heyran qoyub.



Әlaqәli Xәbәrlәr