R.T.Ərdoğan Rumıniya prezidenti Klaus İohannisi Prezident Kompleksində qǝbul edib

Türkiyǝnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rumıniya prezidenti Klaus İohannisi Prezident Kompleksində qǝbul edib.

457052
R.T.Ərdoğan Rumıniya prezidenti Klaus İohannisi Prezident Kompleksində qǝbul edib

Türkiyǝnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rumıniya prezidenti Klaus İohannisi Prezident Kompleksində qǝbul edib.

Dövlǝt başçısı Ərdoğan və Rumıniya prezidenti İohannis ikitərəfli görüşdən sonra keçirilən heyətlərarası görüşlərdə iştirak ediblər.

Görüşlərdən sonra dövlǝt başçısı Ərdoğan ilǝ Rumıniya prezidenti Klaus İohannis birgǝ bəyanat veriblǝr.

Dövlǝt başçısı Ərdoğan: ''Türkiyǝ vǝ Rumıniya Balkanlarda ǝn yaxşı müttǝfiqdir'' deyib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rumıniya prezidenti Klaus İohannis ilə keçirdiyi birgə mətbuat konfransında: " Brüsseldəki terror aktlarını törǝdǝn şǝxsi ötǝn ilin iyul ayında Qazıantepdǝ saxlayıb deportasiya etdik. Buna baxmayaraq Belçika hǝmin şǝxsi sǝrbǝst buraxdı. Bu şǝxs ilǝ əlǝqǝdar Belçika rəsmilərini mǝlumatlandırdıq ancaq terrorla əlaqəsini müəyyən edǝ bilmǝdilǝr" deyib.

Ərdoğan: "İnanıram ki, dünya siyasəti terrora qarşı birgǝ hǝrǝkǝt etsǝ bu işi həll edərik. Bu sǝbǝbdǝn dünya terroru, terrorçunu və terrorizmi yenidən tǝvir etmǝk məcburiyyətindədir" deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr