"Terrora məruz qalan xalqımız Belçikanın da ağrısını dərindən hiss edir”

Ərdoğan kral Filipə Belçika xalqı üçün başsağlığı verib

456389
"Terrora məruz qalan xalqımız Belçikanın da ağrısını dərindən hiss edir”

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Belçika kralı Filipə zəng edərək Brüsseldə törədilən terror hücumlarını şiddətlə qınadığını bildirib, həyatlarını itirənlərə görə Belçika xalqına başsağlığı verib, yaralılara isə can sağlığı diləyib.

Belçika ağrısını paylaşdığını söyləyən Ərdoğan Türkiyənin Belçika ilə tam həmrəylik içində olduğunu dilə gətirib və terrora qarşı ortaq mübarizənin əhəmiyyətinə toxunub.

Belçika kralı Filip də öz növbəsində Türkiyə dövlət başçısına təşəkkürünü bildirib.

Rəcəb Tayib Ərdoğan Belçika terroruyla bağlı mesajlarını həm də sosial media üzərindən Türkiyə türkcəsi, ingilis və fransız dillərində paylaşaraq deyib: "Brüsseldə baş verən insanlıqdan kənar terror hücumlarını şiddətlə qınayır və lənətləyirik. Ayrı-ayrı terror təşkilatlarının xain hücumlarına məruz qalan millətimiz Belçika xalqının da ağrısını dərindən hiss edir və paylaşır".



Әlaqәli Xәbәrlәr