Rumıniyanın prezidenti Ankarada səfərdədir

Rumıniyanın prezidenti Klaus İohannis Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib.

456832
Rumıniyanın prezidenti Ankarada səfərdədir

Rumıniyanın prezidenti Klaus İohannis Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfərə gəlib.

Qonaq prezident Esenboğa hava limanında Avropa İttifaqı nazirinin müavini Əli Şahin tərəfindən qarşılanıb.

Klaus İohannisin şərəfinə Dövlət başçısı Ərdoğan tərəfindən Cümhurbaşqanlığı kompleksində rəsmi mərasim təşkil ediləcək.

Keçiriləcək birgə mətbuat konfransından sonra Dövlət başçısı qonaq prezidentin şərəfinə şam yeməyi verəcək.

Ziyafətdə baş nazir Əhməd Davudoğlu da iştirak edəcək.



Әlaqәli Xәbәrlәr