“PKK vǝ DEAŞ hǝdǝf vǝ istifadǝ etdiyi metodlar baxımından oxşar tǝşkilatdırlar”,V.Bozkır

Avropa İttifaqı naziri Volkan Bozkır PKK vǝ DEAŞ-ın hǝdǝf vǝ istifadǝ etdiyi metodlar cǝhǝtdǝn oxşar tǝşkilatlar olduğuna diqqǝt çǝkib.

456909
“PKK vǝ DEAŞ hǝdǝf vǝ istifadǝ etdiyi metodlar baxımından oxşar tǝşkilatdırlar”,V.Bozkır

Avropa İttifaqı naziri Volkan Bozkır PKK vǝ DEAŞ-ın hǝdǝf vǝ istifadǝ etdiyi metodlar cǝhǝtdǝn oxşar tǝşkilatlar olduğuna diqqǝt çǝkib.

Finlandiyada sǝfǝrdǝ olan nazir Bozkır Finlandiya Xarici İşlǝr naziri Timo Soini ilǝ keçirdiyi yığıncaqdan sonra tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında deyib ki, bütün terror tǝşkilatları eyni kateqoriyaya daxil edilmǝli vǝ hamısına eyni şǝkildǝ yanaşılmalıdır.

Brüsseldǝki terror hücumlarında hǝyatını itirǝnlǝr üçün Belçika xalqı vǝ hökumǝtinǝ başsağlığı verǝn nazir Belçikanı ǝn yaxşı Türkiyǝnin başa düşǝcǝğinǝ diqqǝt çǝkǝrǝk bildirib ki, oxşar hadisǝlǝr Türkiyǝdǝ yaşandı. Günahsız insanları öldürǝn, sabitliyi pozaraq dincliyǝ zǝrǝr vermǝyi özünǝ mǝqsǝd götürǝn PKK vǝ DEAŞ terror tǝşkilatları oxşar metodlardan istifadǝ edirlǝr. Terror tǝşkilatlarının hamısına ǝyni yanaşmaq lazımdır. Terrorla mübarizǝdǝ ǝmǝkdaşlıq etmǝliyik.

Açıqlamasında miqrant mǝsǝlǝsinǝ dǝ toxunan Volkan Bozkır nizamsız köçlǝ vǝ terrorla mübarizǝ etmǝk, maliyyǝ problemlǝrinǝ hǝll yolları tapmaq mǝqsǝdilǝ cǝhd göstǝrǝn Avropa İttifaqı üçün Türkiyǝnin dǝstǝyi vǝ tǝcrübǝsinin ǝhǝmiyyǝtli olduğunu qeyd edib.

Finlandiya Xarici İşlǝr naziri Soini dǝ nazir Bozkırla keçirdiklǝri görüşlǝrdǝ aralarında Aİ-Türkiyǝ ǝlaqǝlǝri, regional mövzular, viza rejimi, tǝhlükǝsizlik siyasǝtlǝri, Suriya vǝ terror hücumlarının da olduğu müxtǝlif mövzuların müzakirǝ edildiyini bildirib.

Soini Türkiyǝdǝ törǝdilǝn terror aktlarında hǝyatını itirǝnlǝr üçün başsağlığı verib.

Soini ölkǝsinin DEAŞ-a qarşı mübarizǝ apardığını, Peşmergǝ qüvvǝlǝrinin tǝlimi mövzusunda ǝmǝkdaşlıq etdiklǝrini bildirib vǝ ölkǝsinin PKK-nı terror tǝşkilatı olaraq qǝbul etdiyini vurğulayıb.

İki ölkǝ arasındakı ǝlaqǝlǝrin “mükǝmmǝl" sǝviyyǝdǝ olduğunu ifadǝ edǝn nazir keçǝn illǝrdǝ iki tǝrǝf arasında xeyli sayda yüksǝk sǝviyyǝli sǝfǝr reallaşdığını, Baş nazir Әhmǝd Davudoğlunun da aprelin 6-da Finlandiyaya sǝfǝr edǝcǝyini bildirib.

Nazir Volkan Bozkır Finlandiyanın Aİ İşlǝri üzrǝ Dövlǝt katibi Kare Halonen vǝ Parlamentin Aİ İşlǝri üzrǝ Böyük Komitǝnin sǝdr müavini Tytti Tuppurainen ilǝ dǝ bir araya gǝlib.

Görüşlǝrdǝ keçǝn hǝftǝ baş tutan Aİ zirvǝsinin nǝticǝlǝri, Türkiyǝnin İttifaqa üzvlük prosesi, Finlandiyanın bu mǝsǝlǝdǝki dǝstǝyi, miqrant problemi vǝ terrorla mübarizǝ mövzusu müzakirǝ edilib.



Әlaqәli Xәbәrlәr