PKK-nın mövqelǝri havadan vuruldu
Baş Qǝrargah Rǝisliyi terror tǝşkilatı PKK-nın hǝm ölkǝ daxilindǝki hǝm dǝ Şimali İraqdakı mövqelǝrinǝ qarşı havadan ǝmǝliyyat hǝyata keçirildiyini açıqlayıb.
Baş Qǝrargah Rǝisliyi terror tǝşkilatı PKK-nın hǝm ölkǝ daxilindǝki hǝm dǝ Şimali İraqdakı mövqelǝrinǝ qarşı havadan ǝmǝliyyat hǝyata keçirildiyini açıqlayıb.
Tǝşkilatın Hakkari vilayǝtinin Şǝmdinli ǝrazilǝrindǝ aşkarlanan mövqelǝri dünǝn hǝyata keçirilǝn ǝmǝliyyatda yerlǝ-yeksan edilib.
Türk ǝsgǝri bu gün dǝ İraqın şimalındakı Hakruk bölgǝsindǝ aşkarlanan terror mövqelǝrini hǝdǝf götürüb.
Digǝr tǝrǝfdǝn Hakkarinin Yüksǝkova qǝsǝbǝsindǝ 8, Şırnakda 9 vǝ Mardinin Nusaybin qǝsǝbǝsindǝ 9 olmaqla cǝmi 26 terrorçu zǝrǝrsizlǝşdirilib.
3 vilayǝtdǝki ǝmǝliyyatlarda indiyǝdǝk 169 terrorçu zǝrǝrsizlǝşdirildikdǝ, xeyli miqdarda silah-sursat da ǝlǝ keçirilib.
Şanlıurfanın Ceylanpınar qǝsǝbǝsindǝ dǝ yola nǝzarǝt zamanı PKK vǝ PYD-li xarici ölkǝ vǝtǝndaşı 6 terrorçu yaxalanıb.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.