İsrail prezidenti Rivlin Ərdoğana təşəkkür edib

İsrail prezidenti Reuven Rivlin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefonda apardığı danışıqda İstanbulda şənbə günü reallaşan terror hücumunu müzakirə edib.

456747

Rivlin hücumda həyatını itirən İsrail vətəndaşlarının cənazələrinin ölkələrinə nəqli zamanı göstərilən diqqətə görə, eyni zamanda yaralı İsraillilərin Türkiyənin tibb müəssələrində müalicəsi və onlara göstərilən diqqət və marağa görə Ərdoğana təşəkkür edib.

Rivlin, İstanbulla yanaşı paytaxt Ankaradakı terror hücumlarını da qınayıb.

Xatırladaq ki, martın 19-da İstanbulun Taksim meydanındakı İstiqlal prospektində təşkil edilən intihar hücumunda ölən 4 turistdən 3-ü İsrail, biri isə İran vətəndaşı idi.

Həmçinin hücumda, aralarında xarici ölkə vətəndaşlarının da olduğu 36 nəfər yaralanmışdı.

Әlaqәli Xәbәrlәr