Onlar Türkiyə və Türk milləti haqqında xəstə anlayışın daşıyıcılarıdır

Türkiyə Yunanıstan prezidenti Prokopis Pavlopulos və Baş naziri Aleksis Çiprasın Türkiyə və Türk şəxsiyyətinə şərhlərinə reaksiya verib

453175
Onlar Türkiyə və Türk milləti haqqında xəstə anlayışın daşıyıcılarıdır

Pavlopulos və Çipras Ermənistan prezidenti 15 martda Serj Sarkisyanın Yunanıstanın paytaxtı Afinaya etdiyi rəsmi səfər zamanı Osmanlı İmperatorluğunun parçalanması dövründə yaşanan tarixi hadisələrə istinadən Türkiyə və Türk şəxsiyyətini təhqir ediblər.

Çipras: "Xalqlarımızın tarixləri paraleldir. Zərər çəkmiş, çətinlik və təqiblər, erməni və Pontus yunanlarına edilən soyqırımlar iz buraxan tarixdir" deyib.

Ermənistan prezidenti Sarkisyan da öz növbəsində Yunanıstanın 1915-ci il hadisələrilə bağlı mövqeyini tərifləyərək: "Bütün bunlar həmrəylik ruhunun illərdir xalqlarımızı birləşdirdiyini və birləşməyə davam etdiyini göstərir" söyləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bu sözlərə münasibət bildirərk deyib: "Yunanıstan və Ermənistan arasındakı bu əlaqələr və həmrəylik Türk şəxsiyyətinə ortaq bir nifrət və qaralama üzərində inşa edilib, xəstə anlayışın məhsuludur. Türkiyə və Türk milləti hüquqdan kənar, həqiqətdən qopuq, təktərəfli və mənfəətli tarix yaratmaq istəyənlərə heç zaman imkan verməyəcək. "



Әlaqәli Xәbәrlәr