“Vahidliyi, dincliyi vǝ qardaşlığı hǝdǝf alan hücumlar lǝnǝtlǝnmǝlidir”

Ankarada martın 13-dǝ törǝdilǝn terror hücumu başda olmaqla bütün terror hadisǝlǝri sǝrt şǝkildǝ qınanmalıdır vǝ hadisǝni törǝdǝnlǝr haq etdiklǝri şǝkildǝ cǝzalandırılmalıdır.

452572
“Vahidliyi, dincliyi vǝ qardaşlığı hǝdǝf alan hücumlar lǝnǝtlǝnmǝlidir”

Türkiyǝ Alimlǝr Birliyi (TAB) terror hadisǝlǝri qarşısında bütün millǝtin, elm xadimlǝrinin, hardan mǝnbǝlǝndiyindǝn asılı olmayaraq vahidliyi, dincliyi vǝ qardaşlığı hǝdǝfǝ götürǝn bǝşǝriyyǝtǝ yaraşmayan aktları lǝnǝtlǝmǝsi vǝ bunlara qarşı durmasının vacibliyini bildirib.

Birlik tǝrǝfindǝn verilǝn yazılı açıqlamada vurğulanıb ki, Ankarada martın 13-dǝ törǝdilǝn terror hücumu başda olmaqla bütün terror hadisǝlǝri sǝrt şǝkildǝ qınanmalıdır vǝ hadisǝni törǝdǝnlǝr haq etdiklǝri şǝkildǝ cǝzalandırılmalıdır. Terror insan hüquqlarının axtarıldığı bir yol deyildir. Hardan mǝnbǝlǝndiyindǝn asılı olmayaraq, haqsız vǝ qeyri-insanı bir rǝftar olaraq dǝyǝrlǝndirilǝn terrora müraciǝt edǝnlǝr haqsızdır.

Terrordan ǝziyyǝt çǝkǝnlǝrin günahsız insanlar, yaşlılar vǝ uşaqlar olduğu qeyd edilǝn açıqlamada bildirilib ki, terror bir cihad da deyildir. İslam hǝrbdǝ belǝ qadınların, uşaqların, yaşlıların, ibadǝt edǝn din xadimlǝrinin öldürülmǝsini qadağan edir. Belǝ hadisǝlǝrin xalqımız arasında qardaşlığın, qardaş kimi yaşama arzusunun yenidǝn güclǝndiyi bu günlǝrdǝ artması, bunun bir imperialist tǝhrik vǝ xarici dǝstǝk nǝticǝsindǝ ölkǝdǝki bir sıra şǝxslǝr vasitǝsilǝ hǝyata keçirildiyinǝ dair düşüncǝni güclǝndirir.



Әlaqәli Xәbәrlәr