“Biz terrorizmə heç bir şəkildə öyrǝşmǝyǝcǝyik”, D.Tusk

"Türkiyənin üzərinə düşən mǝsuliyyǝt çərçivəsində tǝkliflǝr planı hazırdır", Ə.Davudoğlu

451841
“Biz terrorizmə heç bir şəkildə öyrǝşmǝyǝcǝyik”, D.Tusk

Türkiyənin Baş naziri Əhməd Davudoğlu qaçqın böhranı ilə bağlı Brüssel Sammitində təqdim olunan təkliflǝr planının Avropa İttifaqına təqdim olunmaq üçün hazırlandığını bildirib.

Ankara Çankaya Köşkündə Aİ Şurasının sədri Donald Tuskla birgə olduğu mətbuat konfransında çıxış edən Baş nazir Əhməd Davudoğlu deyib: "Bu təklifin əsası hümanizm mǝsǝlǝsidir. İnsanların həyatının Egey dənizində itməməsi və mümkün qədər qeyri-qanuni miqrasiyanın azaldılması və ümumiyyǝtlǝ, ortadan qaldırılması üçün Türkiyənin üzərinə düşən mǝsuliyyǝt çərçivəsində tǝkliflǝr planı hazırdır. Ankaranın mövqeyinin qətidir. Üç milyard avro olaraq elan edilən, daha sonra 3 il üçün 6 milyard avroya çıxarılması planlaşdırılan bu mǝsǝlǝ dǝ gündǝmǝ gǝtirilǝcǝk. Biz heç zaman bazarlıq etmədik. Heç bir şəkildə bu məsələni maddiyata bağlamamışıq. Bu humanitar məsələdir''.

Türkiyəyə gələn vǝ buradan da Avropaya keçǝn qeyri-qanuni miqrasiyanın qarşısının alınması haqqında isə Davudoğlu bunları deyib: "Bunun üçün bir çox texniki işlər görülməlidir. Türkiyə vǝ Avropa İttifaqı arasında viza rejiminin də ortadan qaldırılmasını istǝyirik."

Son dövrdə törǝdilǝn terror hücumlarına toxunan Davudoğlu deyib: “Terror bütün insanlıq üçün ən böyük təhlükǝdir, həm Avropa, həm də bölgədǝki xalqlar üçün problemdir. Ankarada son 5 ayda partlayış törədilib. Terror irqi, etnik, sosial mənşə, siyasi görüş ayrı-seçkiliyi etmədən bütün insanları hədəfǝ alır".

Aİ Şurasının sədri Donald Tusk da öz növbəsində çıxış edərək Ankarada bir neçǝ gün ǝvvǝl yaşanan terror hücumunu qınayıb: “Terrorizmi normal həyat olaraq qəbul edə bilmərik. Nə qədər çox olursa olsun, heç bir şəkildə buna öyrǝşmǝyǝcǝyik və hər zaman mübarizəyə davam edəcəyik. Terrorizmlə mübarizədǝ hər zaman Türkiyənin yanındayıq".



Әlaqәli Xәbәrlәr