TRT-dən, Bosniya və Herseqovina Radio Televizyasına texniki dəstək

TRT-dən, Bosniya və Herseqovina Radio Televizyasına texniki dəstək mövzusunda əməkdaşlıq protokolu imzalanıb.

449625
TRT-dən, Bosniya və Herseqovina Radio Televizyasına texniki dəstək

Paytaxt Sarayevada keçirilǝn mərasimində çıxış edǝn TRT-nin baş direktorü Şenol Göka, Bosniya vǝ Herseqovina Radio Televiziyasına yardımı artıracaqlarını bildirib vǝ əməkdaşlıqlarını daha da genişlǝndirǝcǝklǝrini vurğulayıb.

BHRT-nin baş direktoru Belmin Karamehmedoviç texniki dəstəyin onlar üçün çox böyük əhəmiyyət kǝsb etdiyini bildirib.

Karamehmedoviç, proqram və təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan protokolun vǝ iki qurum arasındakı əməkdaşlığın daha da genişlǝnǝcǝyini vurğulayıb.

TRT texniki əməkdaşlıq protokolu çərçivəsində, tam təchizatlı canlı yayın avadanlığı, xəbər programı studiyası, 8 kamera və 2 studiya kamerası 200 ǝdǝd digǝr texniki cihazı yardım olaraq Bosniya və Herseqovina Radio Televiziyasına verəcək.

TRT-nin baş direktörü Şenol Göka, BHRT-nin baş direktoru Karamehmedoviçǝ TRT-nin simvoluna çevrilǝn radio hədiyyə edib.



Әlaqәli Xәbәrlәr