Türkiyə ilə Avropa arasında qaçqın mübadiləsi olacaq

Avropa İttifaqı (Aİ) tərəfindən qaçqınlar üçün göndəriləcək 3 milyard avronun ilk qismi Türkiyəyə çatıb

449334
Türkiyə ilə Avropa arasında qaçqın mübadiləsi olacaq

Pulun qalan hissəsinin də ən qısa müddətdə göndərilməsi gözlənilir.

Avropa İttifaqı Türkiyənin təqdim etdiyi təklifə baxılıb. Egey dənizində qanunsuz keçidin qarşısının tamamilə alınması ilə bağlı olan bu təklif qəbul edilərsə, razılaşma imzalanarsa, 5 yunan adasındakı qaçqınlar geri çağırılacaq, Türkiyə üzərindən Avropaya qeyri-qanuni yollarla keçən qaçqınlar Türkiyəyə gətiriləcək. Əvəzində Türkiyəyə gələn suriyalı sayı qədər suriyalı qanuni yollarla Avropaya göndəriləcək. Qeyri-qanuni keçidlər bitdikdən sonra Türkiyədən Avropa İttifaqına qanuni köç davam edəcək. Bu səbəbdən Türkiyədəki suriyalı sayı azalacaq.

Qeyd edək ki, 2015-ci ildə 856 min, 2016-cı ildə isə 137 min nəfər qeyri-qanuni yollarla Türkiyə üzərindən Avropaya keçib.



Әlaqәli Xәbәrlәr