Türkiyə DEAŞ-ın insanlıqdan kənar vəhşiliklərini şiddətlə qınayıb

Türkiyə Xarici İşlər Nazirliyindən edilən şərhdə bildirilir

449323
Türkiyə DEAŞ-ın insanlıqdan kənar vəhşiliklərini şiddətlə qınayıb

Türkiyə Xarici İşlər Nazirliyindən edilən şərhdə bildirilir ki, DEAŞ-ın (İŞİD-in) Kərkükün Tuzhurmatu qəsəbəsinə kimyəvi silah hücumu xəbərindən Türkiyə ciddi narahatdır. Hücumda həyatını itirən insanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyən Türkiyə hökuməti bir daha vurğulayıb ki, "Hər zaman olduğu kimi, yenə türkmən qardaşlarımıza müalicə və humanitar yardımla bağlı lazımi dəstəyi göstərməyə hazırıq".

DEAŞ-ın kimyəvi silah hücumu ilə bağlı İraqın türkmən səlahiyyətliləri Birləşmiş Millətlər Təşkilatının İraqdakı nümayəndəsinə məlumat veriblər.



Әlaqәli Xәbәrlәr