Suriyanın Türkiyəyə yaxın bölgəsində şəhərqurma təklifi

"İstəyirik bu şəhərdə Suriyadan ayrılmaq istəyənlərlə Türkiyədəki suriyalılar məskən salsınlar"

444808
Suriyanın Türkiyəyə yaxın bölgəsində şəhərqurma təklifi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda Yeşilay Zümrüdüanka Mükafat mərasimində etdiyi çıxışı zamanı deyib: "Avropa İttifaqı Şurasının sədri Ankara səfəri zamanı da söylədiyi kimi, qərblilərin əksinə olaraq, Türkiyə qapılarını heç zaman suriyalıların üzünə qapatmayıb. Bunu bildikləri üçün Türkiyənin üzərindəki bu yükü yüngülləşdirmək üçün əl-ələ verib bir düstur düşünməlidirlər. Biz Suriyanın şimalına təxminən 4500 kilometrlik məsafədə, Türkiyəyə yaxın bir bölgədə bir şəhər-qərargahı yaratmağı təklif etmişik. İstəyirik bu şəhərdə Suriyadan ayrılmaq istəyənlərlə Türkiyədəki suriyalılar məskən salsınlar. Bu təklif söz olaraq qəbul edilib, hətta Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama tərəfindən də. Amma tətbiqə gəlincə beynəlxalq ictimaiyyət susur… Humanitar yardım sahəsi üzrə ölkələr arasında Türkiyə dünyada ilk üç sıradadır. Türkiyə son 5 ildə Suriyadan gələn qaçqınlara təxminən 10 milyard dollar xərcləyib. Mən hələ qeyri-hökumət təşkilatlarının və bələdiyyələrin etdiyi köməyi demirəm. Yardım bizim mədəniyyətimiz, dəyərlərimizlə bağlıdır. “Verən əl alan əldən daha xeyirlidir" demişik. Amma Qərb nə deyir? “Sizə ildə 3 milyard avro verəcəyik". Bu belə 4 aydır söz olaraq qalıb."



Әlaqәli Xәbәrlәr