Әhmәd Davudoğlu İranda rәsmi mәrasimlә qarşılanıb

Türkiyәnin Baş naziri Әhmәd Davudoğlu İran prezidentinin birinci müavini İshaq Cahangiri tərəfindən rəsmi mərasimlə qarşılanıb.

445004
Әhmәd  Davudoğlu İranda rәsmi mәrasimlә qarşılanıb

Türkiyәnin Baş naziri Әhmәd Davudoğlu İran prezidentinin birinci müavini İshaq Cahangiri tərəfindən rəsmi mərasimlə qarşılanıb.

İrana rәsmi sәfәr edәn Davudoğlu üçün Sadabad Sarayında rəsmi mərasim keçirilib.

Qarşılama mәrasimindә İqtisadiyyat naziri Mustafa Elitaş, Enerji və Təbii Sәrvәtlәr naziri Berat Albayrak, Gömrük və Ticarət naziri Bülent Tüfenkci, İnkişaf naziri Cövdət Yılmaz, Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Binalı Yıldırım, Әdalәt vә İnkişaf partiyasının qrup sәdrinin müavini Bülent Turan da iştirak edib.

Qeyd edәk ki, İran XİN rәhbәri Mәhәmmәd Cavad Zәrif vә İran Neft naziri dә mәrasimdә iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr