Axısqa Türklərinin daha bir hissəsi Ərzincana gəlib

Dövlət başçısı Rəcəp Tayyib Ərdoğanın təlimatı və Baş nazir Əhməd Davutoğlunun nəzarəti ilə Türkiyəyə yerləşdiriləcək Axısqa Türklərinin daha bir hissəsi Ərzincana gəlib.

444219
Axısqa Türklərinin daha bir hissəsi Ərzincana gəlib

Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan təlimatının və Baş nazir Əhməd Davutoğlunun nəzarəti ilə Türkiyəyə yerləşdiriləcək Axısqa Türklərinin daha bir hissəsi Ərzincana gəlib.

1944-cü ildən sürgün həyatı yaşayan Axısqa Türklərinin vətən həsrəti bitir.

Qeyd edək ki, Ukraynadakı Axısqa Türklərinin yaşadıqları ərazilərdə qarşıdurmalar şiddətləndikdən sonra Türkiyə belə bir addım atmağa məcbur oldu.

Nazirlər Kabinetinin müdaxilǝsindǝn sonra isə Ukraynadakı soydaşlarımızın vətən həsrətinə son qoyuldu.

Qeyd edək ki, Ukraynadan Ərzincanın Üzümlü qəsəbəsinə 25 dekabr 2015-ci ildə 116 ailədən ibarət ilk qrub köçürüldü.

Bu günlərdə isə daha 35 ailə eyni ərazidə məskunlaşdırılıb.

Ümimilikdə isə 677 ailənin ölkəyə gətirilməsi planlaşdırılır.

Bu ailələrin Ərzincandan başqa Bitlisə də yerləşdirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr