ŞKTC-nin Baş naziri Türkiyəyə səfərə gəlib

Türkiyәyә rəsmi səfərə gәlәn Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ömər Soyer Kalyoncu Çankaya Köşkündə Baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

443420
ŞKTC-nin Baş naziri Türkiyəyə səfərə gəlib

Türkiyәyә rəsmi səfərə gәlәn Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ömər Soyer Kalyoncu Çankaya Köşkündə Baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

Heyətlərarası görüşlərin ardından hər iki Baş nazir birgə mətbuat konfransı keçirib.

Kalyoncu çıxışında Türkiyə ilə imzalanan su təminatı müqaviləsi məsələsində göstərilən səylərә görə təşəkkürlərini bildirib. Suyun "həyat mənbəyi" olduğunu qeyd edәn Kalyoncu bu suyun ölkələr arasındakı münasibətdə yeni bir dövr açmasını arzuladıqlarını bildirib.

Kalyoncu Kıbrısda ədalətli və uzunmüddətli həll istiqamәtindәki müzakirə prosesinin də müsbət şəkildə davam etdiyini vurğulayıb.

Baş nazir Əhməd Davudoğlu isə Türkiyədən Şimali Kıbrısa çatdırılan suyun strateji investisiya olduğunu, Kıbrısın gələcək inkişafı çərçivəsində әhәmiyyәtli addım olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr